Gəncədə güclü yağış fəsadlar törətdi - Evlərə su doldu+Video

gencede-guclu-yagis-fesadlar-toretdi
Oxunma sayı: 953

Gəncədə dünən gecə başlayan yağışlı hava şəraiti bir sıra problemlərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Nəriman Nərimanov 136 saylı prospektdə bəzi evlər su ilə dolub.

İlkin məlumata görə, yağış suları üç evdə ciddi problemlər yaradıb.

Belə ki, dam örtüyü yararsız olduğundan su evlərə axıb.

Sakinlər mövcud vəziyyətə görə çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər.

Gəncə Şəhər Sukanal İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Subasmış ərazilərdə yaranan fəsadlar aradan qaldırılıb.

Yunis Quliyev