Gəncədə kişi keçmiş arvadını öldürdü

gencede-kisi-kecmis-arvadini-oldurdu
Oxunma sayı: 3098

Gəncədə kişi keçmiş arvadını bıçaqlayıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.