Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

gencede-masinlar-toqqusdu
Oxunma sayı: 266

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində olub.

Belə ki, iki avtomabilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Tərlan Quliyev və 1989-cu il təvəllüdlü Pərvin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Yunis Quliyev