Gəncədə Şəhər İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Şahin Eyyubov, idarə, müəssisə, təşkilat rəhbərləri və sahibkarlar iştirak ediblər.
Niyazi Bayramov çıxışında Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, özəl sektorun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və Prezident İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi diqqət və qayğısından danışıb:
“Ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, yerli istehsalın təşviqi və özəl sektorun iqtisadiyyatda rolunun artırılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Sahibkarlara göstərilən dəstək, onların fəaliyyət imkanlarının genişləndirilməsi və yeni təşəbbüslərin təşviqi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Sahibkarlığın inkişafı şəhərin iqtisadi potensialının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bu baxımdan, sahibkarlarla mütəmadi ünsiyyətin qurulması, onların fəaliyyət istiqamətlərinin öyrənilməsi və mövcud imkanların dəyərləndirilməsi vacibdir.
Sahibkarlar fəaliyyətləri üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstəyin əhəmiyyətini vurğulayaraq, öz fəaliyyətləri və qarşılaşdıqları məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Görüşdə sahibkarlığın inkişafı, mövcud imkanlardan səmərəli istifadə və şəhərin iqtisadi həyatında özəl sektorun rolunun artırılması ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.






Son xəbərlər
Son Xəbərlər