Gəncədə üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

gencede-uc-yasli-usaq-bedbext-hadise-neticesinde-olub
Oxunma sayı: 1697

Gəncədə üç yaşlı uşaq hündürmərtəbəli binadan yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü M. Məmmədov ehtiyatsızlıqdan binadan yıxılıb. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.