Gəncədə utilizasiya mərkəzindəki 3 maşın yandı - Fotolar

gencede-utilizasiya-merkezindeki-3-masin-yandi
Oxunma sayı: 308

Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan şirkətin həyətində yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində müəssisənin çöl hissəsində utilizasiya üçün nəzərdə tutulan üç avtomobil və ərazidə toplanmış şinlər yanıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev