Gəncədə “Xəmsə Park”da yanğın olub - Fotolar

gencede-xemse-parkda-yangin-olub
Oxunma sayı: 820

Gəncədə iri ticarət mərkəzlərindən biri olan “Xəmsə Park”da yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

***

Yanğının ticarət mərkəzinin mətbəx hissəsində başladığı bildirilir. Artıq yanğın söndürülüb.

***

Ticarət mərkəzində ümumi sahəsi 250 kv.m olan köməkçi otağın 10 kv.m-də yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvələr cəlb olunub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Yunis Quliyev