Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərində silsilə tədbirlər təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Zəfər Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidənin önünə gül dəstələri düzülüb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçılar Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri qoyaraq qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Bayram tədbirləri çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasından sonra şəhid ailələrinin üzvləri ilə çay süfrəsi ətrafında görüş təşkil olunub.
Zəfər Günü münasibətilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı da təqdim olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçular və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konsert proqramında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub, “Göygöl” Mahnı və Rəqs Ansamblının təqdim etdiyi rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, keçirilən tədbirlər xalqımızın tarixi Zəfərinə ehtiramın, şəhidlərimizin əziz xatirəsinə dərin hörmətin və milli birliyimizin ifadəsi olub.














Son xəbərlər
Son Xəbərlər