AFFA Gənclər Liqasında keçirilən “Neftçi” U-19 – “Qarabağ” U-19 (3:4) matçında qalmaqallı an yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahiblərinin vurduğu 3-cü qol zamanı fair-play-ə əməl etməməsi ağdamlıların etirazına səbəb olub.
Belə ki, “Neftçi”nin hücumu zamanı “Qarabağ”ın qapıçısı yerdə qalsa da, onlar oyunu davam etdirib və qol vurub.
Referi də qolu hesaba alıb.
Son xəbərlər
Son Xəbərlər