General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu

general-mudafie-nazirliyinde-yuksek-vezifeye
Oxunma sayı: 2939

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Sail Ağasəlim