Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.
İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.
***
Müdafiə Nazirliyindən məlumatı saytımıza təsdiq ediblər.
Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər