General onu rəis təyin etdi - Foto

general-onu-reis-teyin-etdi
Oxunma sayı: 11511

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq Əmri ilə İsmayılov İlyas İsa oğlu mərkəzin rəisi təyin olunub.

Kinoloji Mərkəzin rəis əvəzi Hacimuradov Asim Nazim oğlu isə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.

Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov isə ötən ilin dekabrında vəzifəsindən azad edilib.