Generala yüksək vəzifə verildi

generala-yuksek-vezife-verildi
Oxunma sayı: 3208

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.

“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!

Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.