Generalın nəticəsi qəzada öldü

generalin-neticesi-qezada-oldu
Oxunma sayı: 8731

Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinski qəza nəticəsində həlak olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib.

Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.

Fotoda: general Balakişi Ərəblinski