“GEROPHARM” Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - Fotolar

geropharm-azerbaycanda-sekerli-diabet-ve-piylenmenin-mualicesini-daha-elcatan-edir
Oxunma sayı: 234

Beynəlxalq biotexnoloji əczaçılıq şirkəti “GEROPHARM” Azərbaycanda 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan bir sıra dərman preparatlarının qiymətlərini aşağı salıb. Bu addım müasir müalicə imkanlarının əhali üçün daha əlçatan olmasına və pasiyentlərin müalicə xərclərinin azaldılmasına yönəlib.

Bu təşəbbüs artıq çəki və piylənmənin geniş yayıldığı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə yetkin əhalinin 25%-dən çoxu piylənmədən əziyyət çəkir, 62%-dən çoxunda isə artıq çəki və ya piylənmə müşahidə olunur.

Qiymət dəyişikliyi “GEROPHARM”ın endokrinologiya sahəsində təqdim etdiyi Semavic® Next (bədən çəkisinin idarə olunması üçün semaqlutid) və Sejaro® (tirzepatid) preparatlarını əhatə edir.

Şirkətdən bildirilib ki, qiymətlərin aşağı salınması müvəqqəti endirim kampaniyası deyil, müalicənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin etməyə yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsidir. Bu məsələ xüsusilə davamlı müalicəyə ehtiyacı olan xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün mühüm əhəmiyyət kəsb edir.

2014-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərən “GEROPHARM” müasir dərman preparatlarının hazırlanması və istehsalı ilə məşğuldur. Şirkət müalicə imkanlarının əlçatanlığının artırılmasını pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əsas fəaliyyət sahələrindən biri hesab edir.

Dərman preparatları yalnız həkim təyinatı əsasında və müvafiq tibbi göstərişlər nəzərə alınmaqla istifadə edilməlidir.