Musiqi, qırmızı xalça, məşhur ifaçılar və möhtəşəm yay bayramı ab-havası... Bu il beynəlxalq biotexnologiya şirkəti GEROPHARM ilk dəfə Azərbaycanın ən iri musiqi tədbirlərindən biri olan “DREAM FEST 2026” beynəlxalq festivalının sağlam həyat tərzi tərəfdaşı qismində iştirak edib.
Festivalda iştirak şirkətə yay mövsümünün ən mühüm mədəni hadisələrindən birini dəstəkləməklə yanaşı, sağlam həyat tərzi, metabolik pozğunluqların profilaktikası və insanların öz sağlamlığına məsuliyyətli yanaşmasının əhəmiyyəti barədə geniş ictimaiyyətin diqqətini cəlb etmək imkanı yaradıb.
“DREAM FEST”in qırmızı xalçasında GEROPHARM qonaqlar üçün xüsusi brend aktivliyi təşkil edib. Festival iştirakçıları və dəvət olunmuş ulduzlar “DREAM FEST”in aparıcılarının sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik, özünə qayğı və yaxşı əhval-ruhiyyənin qorunmasına kömək edən gündəlik vərdişlərlə bağlı suallarını cavablandırıblar.
GEROPHARM-ın brend zonasında qonaqları süni intellekt texnologiyaları əsasında yaradılmış müasir fotoməkan qarşılayıb. Burada hər kəs interaktiv formatda unikal vizual kontent yarada bilib. Hazırlanan görüntülər festivalın yaddaqalan xatirəsinə çevrilərək sosial şəbəkələrdə geniş paylaşılıb və iştirakçılara tədbirlə bağlı təəssüratlarını bölüşmək imkanı verib. GEROPHARM məkanı müasir texnologiyaları, yaradıcılığı və yay festivalının xüsusi atmosferini bir araya gətirərək tədbirin diqqətçəkən məkanlarından birinə çevrilib. Bu format sağlamlıq mövzusunu sadə və anlaşılan dildə çatdırmağa imkan verib və insanlara xatırladıb ki, özünə qayğı gündəlik sağlam vərdişlərdən və öz sağlamlığına diqqətli yanaşmadan başlayır.
Bu gün metabolik sağlamlıq məsələləri getdikcə daha böyük aktuallıq qazanır. Artıq çəki və piylənmə 2-ci tip şəkərli diabet, ürək-damar və digər xroniki xəstəliklərin inkişafı üçün əsas risk amillərindən biri hesab olunur. Məhz buna görə də GEROPHARM sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, profilaktikanın təşviqi və vaxtında mütəxəssisə müraciətin vacibliyi barədə ictimai məlumatlılığın artırılmasına yönəlmiş təşəbbüsləri ardıcıl şəkildə dəstəkləyir.
“DREAM FEST musiqini, parlaq emosiyaları və minlərlə insanı bir araya gətirir. Bu festivalda iştirak etmək bizim üçün bu xüsusi atmosferi dəstəkləmək və insanlara xatırlatmaq imkanı oldu ki, yaxşı əhval-ruhiyyə və özünə qayğı dolğun həyatın ayrılmaz hissəsidir”, – deyə GEROPHARM-ın Azərbaycandakı nümayəndəliyinin direktoru Nailə Yusifova bildirib.
“DREAM FEST” ilə tərəfdaşlıq şirkətin Azərbaycanda maarifləndirici təşəbbüslərin inkişafı strategiyasının tərkib hissəsidir və yalnız peşəkar tibb ictimaiyyəti ilə deyil, eyni zamanda geniş auditoriya ilə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Bundan əvvəl GEROPHARM Azərbaycan bazarında “Sejaro®” (tirzepatid) və “Semavic Next®” (semaqlutid) preparatlarını təqdim edib. Preparatlar təsdiq edilmiş tibbi göstərişlər əsasında və yalnız həkim təyinatı ilə istifadə olunur.
***
GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsinin tibbi ictimaiyyəti tərəfindən geniş istifadə olunur.
Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Şirkət hazırda şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini genişləndirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını artırmağa davam edir.



