Gizli pərəstişkarından 1,5 milyonluq hədiyyə aldı

gizli-perestiskarindan-15-milyonluq-hediyye-aldi
Oxunma sayı: 2834

Türkiyənin super ulduzu Ajda Pekkana 1,5 milyon lirə (72 900 manat) dəyərində hədiyyə verilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan gizli pərəstişkarı müğənniyə məşhur saat brendi “Rolex”in “Datejust” modelini bağışlayıb.

Saat Pekkana pərəstişkarının yaxın dostu vasitəsilə çatdırılıb. Bildirilir ki, müğənni sürpriz hədiyyəyə çox sevinib.