Goranboy rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub.
Nəticədə, avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var.
Yaralı şəxslər yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
***
Goranboy rayonunun Səmədabad kəndində yol qəzasında ölən şəxslərin kimliyi bilinib.
Bunlar 1940-cı il təvəllüdlü Şahbaz Qarayev və 1969-cu il təvəllüdlü Rza Qasımovdur.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar - 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyitləri avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər