Goranboy rayonunda həkim dərmandan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, 1962-ci il təvəllüdlü Təranə Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 11-i saat 12:20 radələrində 1962-ci il təvəllüdlü şəxs (qadın) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Ona dərman zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər