Goranboyda qəza - Xəsarət alanlar var

goranboyda-qeza
Oxunma sayı: 231

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Goran yolu adlanan ərazində qeydə alınıb. 

Belə ki, Zeyvə kənd sakini 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi “VAZ 2106”  markalı avtomobil 1987-ci il təvəllüdlü Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi “Chevrolet” markalı maşınla toqquşub.

Hadisə nəticəsində N. Kərimov və onun qardaşı 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev