Goranboyda şəhid anası vəfat etdi - Fotolar

goranboyda-sehid-anasi-vefat-etdi
Oxunma sayı: 414

​Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib.

Mərhum kənd qəbiristanlığında dəfn olunub.

​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Yunis Quliyev