“Görən kimi içəriyə məlumat verdim” - Hadisə şahidi danışdı - Video - Yenilənib

goren-kimi-iceriye-melumat-verdim
Oxunma sayı: 7261

Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, şahidlərin APA-ya verdikləri açıqlamaya görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksəkgərginlikli naqillərə toxunub. Bu zaman cərəyan 4 nəfəri vuraraq öldürüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***

Hadisə şahidi “Report”a açıqlamasında bildirib: “Ehtiyatsızlığın ucbatından cərəyana toxunulub. Görən kimi içəriyə məlumat vermişəm. Fövqəladə Hallar Nazirliyinə və təcili yardıma zəng vurulub. Aidiyyəti qurumların hamısı gəlib. Allah rəhmət eləsin. Valideynlərinə və yaxınlarına səbir diləyirəm”.