Görüşdən sonra Avropa liderlərinə zəng vurdu

gorusden-sonra-avropa-liderlerine-zeng-vurdu
Oxunma sayı: 1208

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşündən sonra dərhal Avropa liderləri ilə telefon danışığına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Suspilne” telekanalı Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, bu, qrup zəngidir, lakin iştirakçıların siyahısı hələ ki, açıqlanmayıb.