Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 14 radələrində qeydə alınıb.
Qəza zamanı “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə sərnişin - 2016-cı il təvəllüdlü L.Feyzullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir neçə nəfər yaralanıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Qəzada ölənlərin sayı artıb. Belə ki, daha bir nəfər - 56 yaşlı Hüseyn Salahov həyatını itirib. Hadisə zamanı yaralananların adı da məlum olub. Onlar 58 yaşlı İmran Əmrahov, 62 yaşlı Mehriban Əmrahova, 38 yaşlı Arzu Feyzullayeva və 2 yaşlı qızdır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər