Göygöldə 23 yaşlı oğlan bıçaqlandı

goygolde-23-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 309

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Maşallah Bayramov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.

Hadisənin kim və hansı şəraitdə baş verməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Yunis Quliyev