Göygöldə 32 yaşlı kişi bıçaqlandı

goygolde-32-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 295

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Yunis Quliyev