Göygöldə 40 yaşlı kişinin meyiti tapıldı - Yenilənib

goygolde-40-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1512

Göygölün Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər.

Meyitin 1986-cı il təvəllüdlü Sabiq Quliyevə məxsus olduğu müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Dərədən meyiti tapılan Sabiq Quliyevin qətlə yetirildiyi ehtimal olunur. Adıçəkilən şəxsin bədənində bıçaq yarası olub və bu onun öldürüldüyü versiyasını gücləndirib.

Məlumat üçün bildirək ki, 40 yaşlı S. Məmmədov Molla Cəlilli kəndindəndir. O, kənddə ikinci əl tikinti materiallarının satışı və dəmir yığımı ilə məşğul olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev