Göygöldə ağır qəza - Ölənlər var - Fotolar

goygolde-agir-qeza
Oxunma sayı: 5788

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində sərnişin qismində olan 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev