Göygöldə “III Moruq Fest” keçirildi - Fotolar

goygolde-iii-moruq-fest-kecirildi
Oxunma sayı: 325

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, ADRA, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və digər dövlət və özəl qurumlardır.

“Qafqazinfo” xəbər verir ki, festivalda açılış nitqi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirin bu regionda keçirilməsinin strateji əhəmiyyətini vurğulayıb.

İcra başçısı ölkədə kənd təsərrüfatının prioritet sahə olduğunu, dövlət tərəfindən təqdim olunan güzəştlər, subsidiyalar və dəstək mexanizmləri bu sahənin davamlı inkişafına şərait yaratdığını, Festivalın həm aqrar, həm də turizm sahəsinin inkişafına xidmət etdiyini bildirib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və aqrar sahədə müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb. Bildirib ki, belə festivallar yerli istehsalçıların məhsullarının tanıdılması, onların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış edən digər natiqlər festival barədə təəssüratlarında, moruqçuluq sahəsində mövcud imkanlardan və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıblar.

Festival həm yerli icmalar üçün biznes və tanıtım imkanları, həm də qonaqlar üçün təbiətlə və kənd həyatı ilə bağlı zəngin təcrübə təqdim edir. Festival çərçivəsində moruq məhsullarının sərgi-satışı, dequstasiyalar, ustad dərsləri, əyləncə proqramları və digər tədbirlər həyata keçirilib.

Tədbirində respublikanın tanınmış musiqi ifaçıları və yerli sənətkarlar tərəfindən rəngarəng əyləncəli proqram təqdim olunub. İki gün davam edən festivala ölkənin müxtəlif bölgələrindən çoxsaylı qonaqlar qatılıb.