Göygöldə qanunsuz tikili söküldü - Video

goygolde-qanunsuz-tikili-sokuldu
Oxunma sayı: 336

Göygöl rayonunda qanunsuz tikili sökülüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Bəhrambağ qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.