Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Firuzabad qəsəbəsində və Üçtəpə kəndində sakinlərlə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı yerində həlli mümkün olan məsələlər öz həllini tapıb, içməli su təminatının yaxşılaşdırılması, qəsəbə və kənd küçələrinin gecə işıqlanması ilə təmin olunması, qəsəbə ərazisində istirahət parkının salınması məsələləri nəzarətə götürülərək aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr bildirilib.







Son xəbərlər
Son Xəbərlər