Göygöldəki ağır qəzanın anbaan - Videosu

goygoldeki-agir-qezanin-anbaan
Oxunma sayı: 4549

Fevralın 3-nə keçən gecə Göygöldə 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdən 26 yaşlı Cavid Mürsəlovun "BMW X5" markalı avtomobili yüksək sürətlə idarə etdiyi məlum olur.

Qeyd edək ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. C.Mürsəlovun idarə etdiyi "BMW X5" öz yolu ilə hərəkətdə olan "VAZ 2106" ilənı toqquşub. Daha sonra "BMW X5" yoldan çıxaraq hasara və ağaca çırpılıb.

C.Mürsəlov xəstəxanaya aparılarkən ölüb. Onun sərnişini 26 yaşlı Ruslan Rüstəmov, eləcə də "VAZ 2106"da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə vaxtı C.Mürsəlovun toydan çıxarkən avtomobili sərxoş halda və qəza anında saatda 200 kilometrə yaxın sürətlə hərəkət etdiyi bildirilir.

Hadisə anını anbaan əks etdirən kadrları təqdim edirik: