Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yerin maqnit sahəsinin (gücün) pozulma dərəcəsi beş səviyyəli şkala üzrə G4(güclü) səviyyəsindədir.
Qeyd edilib ki, bu böyüklükdə fırtına sonuncu dəfə 12 noyabr 2025-ci ildə müşahidə olunub.
“G4 səviyyəsi göstərir ki, Yer kürəsində ciddi rabitə müdaxilələri ilə yanaşı, radio rabitəsində, peyk və radiotezlik naviqasiyasında da pozuntular baş verə bilər”, - deyə əlavə edilib.
***
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.
Baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.
Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kütlə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.
Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.
Son xəbərlər
Son Xəbərlər