Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib

guclu-kulek-agaci-avtomobilin-uzerine-asirdi
Oxunma sayı: 1037

Bakıda güclü külək fəsadlara səbəb olub.

“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

***

Əldə etdiyimiz məlumata görə, Xətai rayonu, Gəncə prospekti 97 ünvanında avtomobilin üzərinə aşmış sərv ağacı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilərək ərazidən götürülüb.