Güclü külək əsir - Faktiki hava

guclu-kulek-esir
Oxunma sayı: 1823

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. 

Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.  Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən  yenidən güclənəcək.