Güclü külək əsir - Yenilənib

guclu-kulek-esir
Oxunma sayı: 1869

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

***

Son məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə, Bakıda və Abşeron yarımadasında 20 m/s , eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir.