Güclü külək məktəbin darvazasını aşırdı - Video

guclu-kulek-mektebin-darvazasini-asirdi
Oxunma sayı: 2430

Hazırda paytaxtda hökm sürən güclü külək 20 nömrəli məktəb-liseyin həyətindəki darvazanı aşırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə ilə bağlı məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, güclü külək məktəb-liseyin Parlament prospektinə tərəf çıxışındakı darvazanı aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.