Güclü küləkdə aşan ağacın altında qaldı

guclu-kulekde-asan-agacin-altinda-qaldi
Oxunma sayı: 1512

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.