Güclü qar talvarı uçurdu - Maşınlar əzildi - Fotolar

guclu-qar-talvari-ucurdu
Oxunma sayı: 2765

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Abbasbəyli kəndində ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə vətəndaşa məxsus “Chevrolet Malibu” və “Chevrolet Cruze” markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qərb bölgəsinə qarın yağması davam edir.

Yunis Quliyev