Türkiyənin paytaxtı Ankaraya təsir edən güclü yağış və tufan həyata mənfi təsir göstərib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yağış səbəbindən nəqliyyatın hərəkəti dayanıb, ağaclar aşıb.
Axşam saatlarında başlayan tufan və leysan bəzi küçə və prospektlərdə suların yığılmasına səbəb olub.
Şəhərdə evləri və iş yerlərini su basıb, kanalizasiyalar daşıb. Köməksiz vəziyyətdə qalan sakinlər bələdiyyə və ətrafdakıların köməkliyi ilə təhlükəsiz ərazilərə təxliyə edilib.
Son xəbərlər
Son Xəbərlər