Türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkem Gülter və hadisə günü eyni otaqda olduğu deyilən rəfiqəsi Sultan Nur Ulu İstanbulda saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, onların ölkədən qaçmağa hazırlaşarkən saxlanıldıqları bildirilir.
Qeyd edək ki, müğənninin qızı onu öldürməkdə ittiham olunur.
Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-sı evinin eyvanından yıxılaraq həyatını itirib. Sənətçi arabesk janrındakı “Her şeyim oldun”, “Sabah olmadan”, “Bendeki sen” və “Varlığın yeter” kimi mahnıları ilə məşhurlaşıb.
Son xəbərlər
Son Xəbərlər