Gülşən həbs oluna bilər - Video

gulsen-hebs-oluna-biler
Oxunma sayı: 6417

Hər zaman səhnə geyimləri ilə qalmaqal yaradan Türkiyənin məşhur müğənnisi Gülşən yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə sənətçi barəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılıb.

Buna səbəb isə onun konsertlərindən birində dediyi sözlər olub. Belə ki, Gülşən konsert zamanı “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” deyib.

Müğənninin bu sözləri həmin liseydə oxuyanlar və məzunlarla yanaşı, eləcə də dindarları qəzəbləndirib. Tvitterdə Gülşənin həbs olunması üçün #gulsentutuklansın heşteqi ilə yüzlərlə paylaşım edilib.