Bir neçə gündür Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel arasında qalmaqal yaşanır.
“Qafqazinfo” xəbər verir ki, Günay oğlu Cihangirin səhhətində problem olduğunu bildirərək Böyük Britaniyada həkim qəbuluna yazıldığını, lakin övladının atasının icazə sənədi olmadığından onu apara bilmədiyini söyləyib.
“Cihangir xəstələnəndə atasına yazdım, yalnız icazə kağızı istədim. Beş ildir ki, onun arzusu “Disneylend”ə getməkdir. Düşünürdüm ki, bəlkə, ad günündə vicdanı onu narahat edər. Uşağının səsini eşitməsini istədim, amma ondan heç bir cavab gəlmədi. Oğlumu hazırda yalnız Gürcüstan və Azərbaycana apara bilirəm.
Tolqadan heç vaxt maddi-mənəvi gözləntimiz olmayıb. Biz bunu qəbullanmışıq. Lakin o, sosial mediada 4 övladı olduğunu paylaşır. Elə davranır ki, sanki, 5-ci uşağı yoxdur...”, - deyə model bildirib.

Günayın sözlərinə cavab verən Tolqanın açıqlaması qalmaqalı daha da alovlandırıb. Belə ki, o, Musayevanın narkotik maddə istifadəçisi olduğunu iddia edərək oğlunun 18 yaşa qədər Türkiyədə qalmasının daha yaxşı olduğunu deyib: “Amma əgər təmizləndiyini söyləyirsə, bir həftə ərzində Məhkəmə Tibbi Ekspertiza İnstitutundan sağlamlıq haqqında rəsmi arayış, müsbət qan və saç nümunələri gətir, bəlkə də, fikrim dəyişə bilər”.
.png)
Tolqanın ittihamı ilə bağlı Günayın cavabı gecikməyib: “Mən bir anayam və Cihangiri illərdir təkbaşına böyüdürəm. Susdum, çünki övladımı qorumaq istədim. Amma artıq görürəm ki, susmaq yoxluğu adi hala çevirir. Bir ata illərlə övladını görmürsə, yeni həyatında uşaqları ilə ailə fotoları paylaşır, amma öz övladına dair bircə iz belə buraxmırsa, uşağının sağlamlığı üçün xaricdə müalicə almasına dair icazə sənədini belə göndərmirsə, buna başqa ad vermək olmaz. Məsələ mənim kim olduğum deyil, məsələ bir uşağın əlindən alınan haqqıdır. Mən təmizəm və bunu sübut etməyə məcbur deyiləm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, övladının haqqını qorumaqdır. Artıq susmuram, çünki bu, bir dava deyil, bu, vicdanın səsidir. Başım uca, qəlbim rahatdır”.
Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə ailə həyatı qurub, Cihangir adlı oğulları dünyaya gəlib. Cütlük 2015-ci ildə boşanıb.
Karel ikinci dəfə Sara Skottla adlı xanımla ailə həyatı qurub və bu evlilikdən onun 4 övladı var. 2016-cı ildən bəri Amerikada yaşayan aktyor orada TIR sürücüsü olaraq çalışır.

Son xəbərlər
Son Xəbərlər