Günəşlidə 2 saat işıq olmayacaq

guneslide-2-saat-isiq-olmayacaq
Oxunma sayı: 315

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə mayın 1-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat  10:00-dan 12:00-dək Günəşli qəsəbəsində yerləşən AB yaşayış massivi Abbas Fətullayev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İməclik işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.