Gürcüstan açıq havada maska rejiminə qayıdır

gurcustan-aciq-havada-maska-rejimine-qayidir
Oxunma sayı: 1960

Gürcüstan hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata əsasən, pandemiya ilə mübarizə ilə bağlı Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının sədri Georgi Qibradze ölkədə qüvvəyə minəcək yeni məhdudiyyətlər barədə açıqlama verib.

Belə ki, Gürcüstanda sabahdan etibarən açıq məkanlarda maskadan istifadə məcburi olacaq. 

“Avqustun 10-dan başlayaraq 5-dən çox insanın olduğu açıq məkanlarda da maskadan istifadə məcburi olacaq”, - deyə Qibrazde vurğulayıb. 

Ölkədə maskadan məcburi istifadə ilə bağlı qaydalar iyunun 22-si ləğv edilmişdi. 

Bununla yanaşı, Gürcüstanda toyların və digər kütləvi mərasimlərin keçirilməsinə nəzarət də gücləndirilir. Bildirilir ki, hər hansı obyekt tərəfindən bu qaydalar birinci dəfə pozulduqda həmin məkan 10 min lari (təqribən 3250 dollar) cərimə olunacaq. Eyni məkan qaydanı ikinci dəfə pozduqda isə obyekt bağlanacaq.