Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində - Foto

gurcustan-ali-mehkemesinin-sedri-xankendi-mehkeme-kompleksinde
Oxunma sayı: 765

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində olub, Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub.

Kompleksə ziyarət qonaqların məhkəmə infrastrukturu ilə yerində tanış olmalarına imkan yaradıb.

Nümayəndə heyəti həmçinin Şuşa, Xocalı və Laçında olub.