Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə nümayişçilərə qoşulub və müqavimətə başladığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Prezident parlament binası qarşısında keçirilən etiraz aksiyada xalqa müraciət edib.
“Mən xalqımla həmrəyəm. Seçkilər yenidən keçirilənədək müqavimətimiz davam edəcək” - , Zurabişvili deyib.