Ötən gün Gürcüstanda azərbaycanlı gənc güllələnib.
“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.
31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb.
Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər