Bakı-Qazax yolunda maşın piyadanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Valeh Hüseynovu vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağl araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər