Hacıqabulda ağır qəza - Ölən var

haciqabulda-agir-qeza
Oxunma sayı: 3455

Bu gün saat 03 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobilinin hava şəraiti ilə əlaqədar yol kənarında maneyə dəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.